AZ

Ermənistan parlamentinin spikeri Moskvada Sergey Lavrovla görüşəcək

BAKI, 3 fevral. TELEQRAF

Ermənistan parlamentinin spikeri Alen Simonyan 5-6 fevral tarixlərində Rusiyaya planlaşdırılan rəsmi səfəri çərçivəsində xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, o, səfərin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti ilə baş tutacağını xatırladıb.

“Əlbəttə, onunla (Matviyenko) görüşəcəyəm və Rusiya xarici işlər naziri ilə görüş planlaşdırılır. Hələlik bu qədər, amma başqa görüşlər də ola bilər”, - Simonyan qeyd edib.

Seçilən
21
teleqraf.com

1Mənbələr