Tehranda nəhəng bazar yanır: Şəhərin üzərini qatı tüstü dumanı bürüyüb
İnterpress.az xəbər verir ki, bu barədə Tehran yanğından mühafizə xidmətinin nümayəndəsi və İranda fəaliyyət göstərən media qurumları məlumat yayıb.
İranın paytaxtı Tehranın qərb hissəsində yerləşən böyük bazarlardan birində güclü yanğın baş verib. Şəhərin Cənnət-Abad rayonunda qeydə alınan yanğın o qədər miqyaslı olub ki, göyə ucalan nəhəng tüstü buludu paytaxtın müxtəlif yerlərindən aydın görünüb. Məlumata görə, alov təxminən 2000 kvadratmetr sahəni əhatə edən ticarət pavilyonunda başlayıb.
Hadisə nəticəsində ölənlər və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat daxil olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Yanğınsöndürmə briqadaları alovun digər ticarət obyektlərinə keçməməsi üçün ərazidə gücləndirilmiş iş rejimində çalışırlar.
Xuraman Etibarlı
İnterpress.az