AZ

Lukaşenko Belarus Silahlı Qüvvələrində gözlənilməz yoxlamanın səbəbini açıqladı- ÖZƏL 

Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrdə əvvəlcədən Baş Qərargah və Müdafiə Nazirliyi xəbərdar edilmədən keçirilən qəfil yoxlamanın məqsədini izah edib.
Olaylar.az xəbər verir ki, Belta agentliyinin məlumatına görə, dövlət başçısı Vitebsk vilayətinin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə bildirib ki, yanvarın ortalarında yoxlama elan edildikdən sonra ölkədən kənarda olan müxalif dairələr tərəfindən müxtəlif şayiələr yayılıb.
"Deyirlər ki, guya müdafiə nazirinə və Baş Qərargaha etibar etmir. Mən hamıya etibar edirəm. Amma bu, Ali Baş Komandanın apardığı qəfil yoxlamadır. Mən görmək istəyirdim ki, bu cür gözlənilməz vəziyyətdə Baş Qərargah və Müdafiə Nazirliyi necə fəaliyyət göstərəcək", - deyə Lukaşenko vurğulayıb.
Prezident ilkin nəticələrə də toxunaraq qeyd edib ki, yoxlamanın gedişi ümumilikdə müsbət qiymətləndirilir. "İlkin baxışda pis deyil", - deyə o bildirib. Bununla belə, yekun nəticələrin daha sonra açıqlanacağını əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr