Finlandiya hakimiyyəti Ukraynadakı münaqişə fonunda buzqıran gəmilərinin bir hissəsini cənub limanlarından şimala köçürmək niyyətindədir.
Herbiand.az bu barədə Yle nəşrinə istinadən xəbər verir.
Nəşr Finlandiyanın nəqliyyat və kommunikasiya naziri Lulu Rannenin sözlərindən sitat gətirib: “Buzqıran gəmilərin dağınıq şəkildə yerləşdirilməsi ümumi mənzərənin yalnız kiçik bir hissəsidir, lakin bu məsələ də nəzərdən keçirilir”.
KİV-in məlumatına görə, Oulu və Kemi limanları Helsinki və Hamina-Kotkadan gələn buzqıran gəmiləri qəbul etməyə hazır olan yeni bazalar kimi təklif olunur. Məqalədə qeyd edilib ki, dağınıqlıq təchizat təhlükəsizliyinin gücləndirilməsinə kömək edəcək və bunun əhəmiyyəti Ukraynadakı münaqişə ilə vurğulanıb.
Bəxtiyar CƏFƏRLİ