AZ

Saxlanılan məşhur aktyorla bağlı qərar verildi - FOTO

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində İstanbul Hava Limanında saxlanılan aktyor Barış Murat Yağcı dindirildikdən sonra sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, Yağcıdan saç və qan nümunələrinin Məhkəmə Tibbi Ekspertiza İnstitutunda götürüldüyü öyrənilib.

Barış Murat Yağcı İstanbul Hava Limanında saxlanıldıqdan sonra Məhkəmə Tibbi Ekspertiza İnstitutunda saç və qan nümunələri verib.O, aparılan prosedurlardan sonra sərbəst buraxılıb.

İstanbul, Ankara, Muğla və Yalovada keçirilən əməliyyatlarda saxlanılan 11 nəfər İstanbul Vilayət Jandarma Komandanlığında ifadələrindən sonra Məhkəmə Tibb İnstitutunda qan və saç nümunələri verdikdən sonra məhkəmə nəzarəti altında sərbəst buraxılıb .

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
6
1
milli.az

2Mənbələr