AZ

Rusiya Ukraynaya raket və PUA hücumları həyata keçirib

Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə 71 raket və 450 pilotsuz uçuş aparatı (PUA) ilə hava hücumları edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri açıqlama yayıb. 

Məlumata görə, hücumlarda İsgəndər-M, S-300, X-101, X-22, X-32, İsgəndər-K, eləcə də Tsirkon və Oniks raketlərindən istifadə olunub. Müdafiə qüvvələri 38 raket və 412 PUA-nı zərərsizləşdirib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücumlar Sumı, Xarkov, Kiyev, Dnepropetrovsk, Odessa və Vinnitsa bölgələrini əhatə edib, 9 nəfər yaralanıb. O, Rusiyanın enerji və mülki infrastrukturu hədəf aldığını vurğulayaraq müttəfiqləri Moskva üzərinə təzyiqi artırmağa çağırıb:

"Bu müharibə Rusiyaya təzyiq olmadan bitməyəcək. Moskva hazırda terror və eskalasiyanı seçir."

Seyranə QuliyevaMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr