AZ

Qarabağ və Zirə nin məşqçiləri kubokda cəzalıdır

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Fevralın 5-də Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. Sport24.az-ın məlumatına görə, bu raunddun ilk görüşlərində iki məşqçi cəza səbəbindən texniki zonada yer almayacaq.Bunlar "Zirə"dən Vüqar Məmməd və "Qarabağ"dan Müşfiq Hüseynovdur. Hüseynov ötən mövsüm Azərbaycan Kubokunun finalında "Sabah"a uduzduqları qarşılaşmada cəzalı duruma düşüb. 55 yaşlı mütəxəssis ötən il baş tutan görüşün 120-ci dəqiqəsində birbaşa qırmızı aldığı üçün üçün iki matçlıq cəza almışdı. O, cəzasının birini "Karvan-Yevlax"a üç cavabsız qolla qalib gəldikləri 1/8 final oyununda çəkib. Vüqar Məmmədin icə cəzası daha ağırdır. Köməkçi məşqçi 2021-ci ildə "Səbail"də işlədiyi dönəmdə "Sumqayıt"la matçdan sonra 20 matçlıq cəza almışdı. O, oyunun köməkçi hakimini vurduğu üçün bu halla üzləşib.Qeyd edək ki, "Qarabağ" 1/4 finalda "Şamaxı" ilə, "Zirə" "Sumqayıt"la üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
sport24.az

1Mənbələr