Bakı. Trend:
Kiçik və Orta Müəssisələr (KOB-lar) Azərbaycan iqtisadiyyatınınmühüm hissəsini təşkil edir. Buna görə də onların həyata keçirdiyivə qəbul etdiyi ödənişlərin rəqəmsallaşdırılması nağdsıziqtisadiyyatın inkişafını sürətləndirir.
Trend xəbərverir ki, bu barədə “Mastercard”ın Azərbaycan RespublikasınınMərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycandarəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədindəbildirilib.
Məlumatda əvvəlki illərin statistic göstəriciləri xatırladılıbvə qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət StatistikaKomitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin sonuna ölkədə 377842 KOB fəaliyyət göstərir və onların yaratdığı əlavə dəyər həcmi17,2 milyard manat təşkil edir.
“Son illərdə hökumət KOB-ların rəqəmsallaşmasını sürətləndirməkvə paralel olaraq istehlakçıların rəqəmsallaşmasını dəstəkləməkməqsədilə mühüm addımlar atıb. Əsas təşəbbüslər sırasında 2018-ciildə KOBİA-nın yaradılması, KOB Evləri vasitəsilə müvafiq dəstəkmexanizmlərinin təmin edilməsi, eləcə də bu xidmətlərin rəqəmsalkanallar üzərindən əlçatan olması üçün “Elektron KOB Evi”ninistifadəyə verilməsi yer alır. Bundan əlavə, KOB-ların maliyyəinklüzivliyini artırmaq məqsədilə subsidiyalı kredit proqramlarıhəyata keçirilib.
KOB-ların rəqəmsallaşmasını və kreditlərə çıxışını daha dadəstəkləmək üçün mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasınınəzərdə tutan normativ tənzimləmə qəbul edilib və bu istiqamətdəişlər davam etdirilir. Eyni zamanda,2020-ci ildən etibarəndövriyyəsi müəyyən həddi aşan KOB-lar üçün POS terminalınquraşdırılması məcburi edilib ki, bu da bazarda qəbul nöqtələrininsayının artırılmasına xidmət edir”, - məlumatda vurğulanıb.
Bildirilib ki, KOB-lar rəqəmsallaşma yolunda mühüm irəliləyişlərəldə etsələr də, hələ də istehlakçılarla müqayisədə geri qalır vəböyük inkişaf potensialına malikdirlər: “Müxtəlif göstəriciləronların iqtisadi töhfəsi və rəqəmsallaşma səviyyəsi barədə dahaaydın təsəvvür yaradır. Məsələn, Azərbaycanda bank xidmətlərindənistifadə edən KOB-ların payı 85–90% təşkil etdiyi halda, bugöstərici Gürcüstanda, Türkiyədə və Qazaxıstanda 95–99%səviyyəsindədir. Digər mühüm göstərici KOB başına düşən bizneskartlarının sayıdır: Azərbaycanda 0,2, Qazaxıstanda 0,3,Gürcüstanda 1, Türkiyədə isə 2.
Nağdsız iqtisadiyyatın əsas elementlərindən biri olanödənişlərin qəbulu baxımından da Azərbaycan əhəmiyyətli artımpotensialına malikdir. Hazırda ölkədə hər 1 000 nəfərə 8,5 POSterminal düşür. Halbuki bu göstərici Gürcüstanda 23,6, Qazaxıstanda51,6, Türkiyədə isə 60,7 təşkil edir”.
“Nəticə etibarilə, KOB-lar üzrə ödənişlərinrəqəmsallaşdırılmasının təşviqi getdikcə daha vacib hala gəlir.Rəqəmsal alətlərin geniş tətbiqi məşğulluğun artmasına, iqtisadiinkişafın sürətlənməsinə, kreditlərə çıxışın yaxşılaşmasına vəKOB-ların büdcə gəlirlərinə töhfəsinin güclənməsinə imkan yaradabilər. Bu irəliləyişlər rəqəmsallaşmanın davamlı inkişafı üçünuzunmüddətli investisiya kimi qiymətləndirilir. Qlobal trendlər dəgöstərir ki, istehlakçıların rəqəmsallaşmasınınsürətləndirilməsindən sonra növbəti mərhələ adətən bu uğurun davamıolaraq KOB-ların rəqəmsallaşdırılmasına fokuslanır”, - məlumatdaqeyd edilib.