AZ

İran zənginləşdirilmiş uranı Rusiyaya vermək istəyir

İran gərginliyi azaltmaq üçün nüvə proqramını dayandırmaq planını nəzərdən keçirir, lakin ABŞ-ın dəstəklədiyi regional nüvə enerjisi konsorsiumu yaratmaq planına üstünlük verir.

News365.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ötən həftə ali lider Əli Xameneinin mesajını Rusiya prezidenti Vladimir Putinə çatdırıb. Həmin mesajda Tehran 2015-ci il müqaviləsinin modelinə uyğun olaraq zənginləşdirilmiş uranı Rusiyaya təhvil verməyi təklif edib.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqlar apardığını açıqlayıb. “Əgər razılığa gələ bilsək, əla. Əks halda, çox güman ki, pis şeylər baş verəcək”, - deyə Tramp bildirib.

Seçilən
14
news365.az

1Mənbələr