AZ

“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var

ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb.

Publika.az Sfera.az-a istinadla xəbər verir ki, DOJ tərəfindən yaradılan “Epstein Library” platformasında ümumilikdə 3 milyon səhifə sənəd, 180 min foto və 2 min video material yerləşdirilib. Bu sənədlər Epşteynin uzun illər ərzində formalaşdırdığı beynəlxalq əlaqə şəbəkəsini, şəxsi yazışmalarını, səfər planlarını, şahid ifadələrini və istintaq materiallarını əhatə edir.

Yeni açıqlanan sənədlər dünya mediasında geniş rezonans doğurduğu kimi, Azərbaycanla bağlı qeydlərin də üzə çıxması diqqət çəkib. Açıqlanan materiallar arasında Epşteynin müxtəlif illərdə yazdığı elektron məktublar xüsusi yer tutur. Bu məktubların bir qismində Azərbaycanın və Bakının adı birbaşa çəkilir. Sənədlərə əsasən, Epşteynin “Sultan bin Sulayem” adlı şəxslə 2011-ci və 2015-ci illərə aid yazışmaları mövcuddur.

2011-ci il: Bakı səfəri müzakirəsi

2011-ci ilin 30 avqust tarixli e-maildə Epşteyn qarşı tərəfə belə yazır: “Azərbaycanlı dostun Parisə gəlir, yoxsa bu həftəsonu biz Bakıya gedək?” Həmin yazışmada Epşteyn Bakıya birbaşa uçuşun olub-olmadığını da soruşur. Məktubda konkret səfər tarixi göstərilməsə də, Bakıya getmək ehtimalının müzakirə edildiyi aydın görünür. Lakin sənədlərdə Epşteynin 2011-ci ildə Bakıya səfər etdiyini təsdiqləyən uçuş qeydi və ya başqa rəsmi məlumat yer almır.

Seçilən
4
11
publika.az

2Mənbələr