AZ

Aİ komissarları təcili yığışır - SABAH

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen gərginliyin azaldılması və Avropa İttifaqı (Aİ) komissarları arasında əməkdaşlığın yaxşılaşdırılması yollarını müzakirə etmək üçün komandasının üzvləri ilə görüş keçirmək qərarına gəlib.

Publika.az xəbər verir ki, "Politico" qəzeti bu barədə diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, fon der Lyayen komissarlarla fevralın 4-də Leuvendə görüşəcək. Müzakirə mövzusu gərginliyi azaltmaq və komissiya daxilində qarşılıqlı fəaliyyətin effektivliyini artırmaq olacaq.

Görüşün konkret səbəbi kimi isə Enerji Komissarı Dan Yorqensen və Avropa Komissiyasının vitse-prezidenti Tereza Riber arasında baş verən son münaqişə göstərilir.

Seçilən
9
publika.az

1Mənbələr