AZ

"Atletiko Madrid" Meksika millisinin hücumçusu ilə müqavilə imzalayıb

Meksikalı mərkəz hücumçusu Obed Varqas Madrid “Atletiko”su ilə müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti rəsmi saytında məlumat yayıb. Bildirilir ki, 20 yaşlı futbolçu ABŞ-ın “Sietl Saunders” klubundan “matrasçılar”ın heyətinə cəlb olunub. Qeyri-rəsmi məlumatlara görə, transferin məbləği 3 milyon avro təşkil edib.

Obed Varqasın Madrid təmsilçisi ilə imzaladığı müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Varqas 2025-ci ildə bütün turnirlər üzrə 38 oyunda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Atletiko” İspaniya La Liqasında 22 turdan sonra 45 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Seçilən
15
90deqiqe.az

1Mənbələr