Meksikalı mərkəz hücumçusu Obed Varqas Madrid “Atletiko”su ilə müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti rəsmi saytında məlumat yayıb. Bildirilir ki, 20 yaşlı futbolçu ABŞ-ın “Sietl Saunders” klubundan “matrasçılar”ın heyətinə cəlb olunub. Qeyri-rəsmi məlumatlara görə, transferin məbləği 3 milyon avro təşkil edib.
Obed Varqasın Madrid təmsilçisi ilə imzaladığı müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Varqas 2025-ci ildə bütün turnirlər üzrə 38 oyunda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda “Atletiko” İspaniya La Liqasında 22 turdan sonra 45 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.