Müğənni Hadisenin sevənlərinə yeni təqdim etdiyi "Gece Puslu" adlı mahnısına çəkilən klipin qiyməti açıqlanıb.
BAKU.WS xəbər verir ki, klip Hadiseyə 1.5 milyon lirəyə (təxminən 58 560 AZN) başa gəlib.
Ekran işi "Sofistike"(sadə, amma düşünülmüş detalların, keyfiyyətin və eleqant görünüşün birləşməsidir) tərzində çəkilib.
Hadisə yeni klipindən olan fotoları sosial şəbəkə hesabında ardıcıl şəkildə paylaşıb. O, hər zamankı kimi, stilinin müəllifi olan dizayner İnan Kırdemirə təşəkkür edib.
Hadise bu geyimlərdə özünü kraliça kimi hiss etdiyini vurğulayıb.
Mahnının söz və musiqisi Ramazan Kızılpınara aiddir. "Gece Puslu" adlı mahnını Abdullah Yazıc ekranlaşdırıb.