AZ

"Qarabağ" yeni transferi üçün bu qədər xərcləyib

"Qarabağ" klubunun yeni transferi Jeremi Qnali üçün ödədiyi məbləğ bəlli olub.

Far.Az "transfermarkt" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi fransalı sol cinah müdafiəçisini Kiprin AEK (Larnaka) klubundan 100 min avro qarşılığında heyətinə qatıb ki, bu da təxminən 200 min manata bərabərdir.

23 yaşlı futbolçunun hazırkı bazar dəyəri isə 450 min avro olaraq göstərilir. "Köhlən atlar" Qnali ilə 2,5 illik müqavilə imzalayıb.

Seçilən
13
far.az

1Mənbələr