Bakı Bulvarında 80 mindən çox dağlaləsi əkiləcək - FOTO
Dənizkənarı Milli Parkın bağbanları yaz mövsümünə hazırlaşırlar. 1news.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Bildirilir ki, bu il Bulvar ərazisində 8 çalarda ümumilikdə 80 mindən çox dağlaləsinin əkilməsi planlaşdırılıb. Çiçəklər mart ayından etibarən açacaq. Dağlaləsi sərt iqlim şəraitinə davamlı və parlaq rəngləri ilə seçilən nadir bitkilərdəndir.