Bakı. Trend:
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) “2024–2026-cıillərdə maliyyə sektorunun inkişaf Strategiyası” həm istehlakçılar,həm də kiçik və orta biznes (KOB) subyektləri üzrə ödənişlərinrəqəmsallaşdırılmasının əhəmiyyətli dərəcədə artırılmasınıhədəfləyir.
Trend xəbərverir ki, bu barədə “Mastercard”ın Azərbaycan RespublikasınınMərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycandarəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədindəbildirilib.
Qeyd olunub ki, strategiya rəqəmsal ödəniş xidmətlərinin ümumisəmərəliliyinin, əlçatanlığının və təhlükəsizliyinin artırılmasına,eyni zamanda maliyyə sektorunda rəqabət və innovasiyalarıntəşviqinə fokuslanır.
“Strategiya çərçivəsində pərakəndə ticarətdə nağdsız ödənişlərinpayının 40 faizdən yuxarı olması, müştəri köçürmələrinin ümumihəcmində rəqəmsal kanalların payının 90 faizi ötması, eləcə dənağdsız kart əməliyyatlarının ümumi kart əməliyyatlarında payının70 faizdən çox təşkil etməsi kimi iddialı hədəflər müəyyən edilib”,– deyə Mastercard-ın açıqlamasında vurğulanıb.
Bildirilib ki, sənəddə Ödəniş Xidməti Təminatçıları (PSP-lər)üçün əlverişli ekosistemin formalaşdırılması prioritet istiqamətkimi müəyyən olunub. Bu, bərabər rəqabət mühitinin təmin edilməsi,PSP-lərin dövlət layihələrinə və rəqəmsal ödəniş infrastrukturunainteqrasiyasının asanlaşdırılması, həmçinin ödəniş sektorundaidarəetmə, şəffaflıq və rəqabətqabiliyyətliliyi gücləndirən möhkəmtənzimləyici çərçivənin qurulması yolu ilə həyata keçiriləcək.
Mastercard qeyd edir ki, AMB-nin kibertəhlükəsizliyin vəfırıldaqçılığa qarşı mübarizənin gücləndirilməsinə, eləcə də güclümüştəri autentifikasiyası (SCA) standartlarının tətbiqinə yönəlmiştədbirləri ödəniş mühitində təhlükəsizliyi artırmaqla yanaşı,istehlakçılar və biznes subyektləri arasında etimadınmöhkəmlənməsinə xidmət edir.
“Bu strateji təşəbbüslərin istehlakçı və KOB ödənişlərininrəqəmsallaşdırılmasını sürətləndirəcəyi, rəqəmsal maliyyəxidmətlərinin Azərbaycanda daha inklüziv və geniş yayılmış olacağıgözlənilir. Strategiya nağd pula asılılığın azaldılmasına, maliyyəinklüzivliyinin və ümumi iqtisadi artımın dəstəklənməsinə mühümtöhfə verəcək”, – deyə açıqlamada bildirilib.
Eyni zamanda vurğulanıb ki, strategiyada KOB-larla bağlı birsıra yüksək səviyyəli təşəbbüslər yer alsa da, KOB ödənişlərininrəqəmsallaşdırılması qlobal miqyasda hələ də mürəkkəb çağırışolaraq qalır. Bu sahədə davamlı nəticələr əldə etmək üçün siyasət,vergi, tənzimləmə və infrastruktur istiqamətlərini əhatə edənhərtərəfli diaqnostik yanaşma və çoxşaxəli tədbirlərin həyatakeçirilməsi zəruridir.