Əgər gecələr səkkiz saatlıq yuxu hədəfinə çata bilməyən milyonlarla insandan birisinizsə, bu təcrübə sizin üçün maraqlı ola bilər.
Hər gecə yatağa yarım saat daha tez girməyin koqnitiv bacarıqlara, iş məhsuldarlığına və gündəlik qərarvermə proseslərinə təsiri sınaqdan keçirilib.
Bir həftə ərzində yuxu rejimini disiplinə salan bir iştirakçının yaşadığı dəyişikliklər, kiçik zaman fərqinin zehni performansa təsirini və “yuxu bankına” yatırımın gözlənilməz nəticələrini ortaya qoyur.
"Cebheinfo.az" xəbər verir ki, bu mövzu ilə bağlı Penn State Universitetindən Dr. Anne-Marie Chang araşdırma aparıb.
O bildirib ki, böyüklərin koqnitiv qabiliyyətlərini qoruması üçün hər gecə azı yeddi saat yuxu alması vacibdir.
Onun sözlərinə görə, bu cür kiçik addımlar sağlamlıq üzərində böyük təsirlər yarada bilər.
Araşdırma çərçivəsində bir həftə boyunca hər gecə 30 dəqiqə daha tez yatmaq tövsiyə olunur. Bunun üçün axşam yeməyini erkən saatlara çəkmək, duş vaxtını nizamlamaq və texnoloji cihazları bir kənara qoymaq kimi kiçik rutin dəyişikliklər etmək, saat 22:30 əvəzinə 22:00-da yatağa girmək məsləhət görülür.
Təcrübənin ilk səhərlərində gözlənilən böyük enerji artımı hiss olunmasa da, gün ərzində müşahidə edilən dəyişikliklər kifayət qədər diqqətçəkən olub.İştirakçılar xüsusilə iş mühitində daha aydın düşündüklərini, zehni performanslarının artdığını və qərarlarını daha inamla verdiklərini qeyd ediblər.
Əlavə 30 dəqiqəlik yuxunun diqqət dağınıqlığını azaltdığı və zehni aydınlığı artırdığı müşahidə olunub.Mütəxəssislər yuxu keyfiyyətini yüksəltmək üçün sabit yuxu saatına riayət etməyi, alkoqol və kofein qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.
Ən böyük maneə isə ekranlardır.
Neyrobioloqlar Dr. Andrew Varga və Dr. Lauren Hartstein bildirirlər ki, rəqəmsal ekranlar beyni aktiv vəziyyətdə saxlayır və cihazlar söndürüldükdən sonra belə zehni sakitləşdirmək müəyyən vaxt tələb edir.