AZ

Bu hallarda işdən çıxarıla bilərsiniz

Bakı. Trend:

Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkəttərəfindən hansı hallarda xitam verilə biləcəyi müəyyənləşib.

Trend-inxəbərinə görə, əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakıəsaslarla xitam verilə bilər:

  • müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürəninfəaliyyətinə xitam verildikdə;
  • işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
  • peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayətdərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyibarədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbuledildikdə;
  • işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobudşəkildə pozduqda;
  • sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
  • dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanınyaş həddinə çatdıqda.

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobudşəkildə pozulması hesab edilir:

  • özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfatetməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günüişə gəlməməsi
  • alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik vədigər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi,habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və yamaddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyəmaddi ziyan vurması;
  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyinmühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarətyetirməsi və ya onların bu səbəbdən həlak olması;
  • dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya busirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinəyetirməməsi;
  • əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquqpozuntuları nəticəsində işəgötürənin, müəssisənin və yamülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
  • əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindənverilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzindətəkrarən əmək funksiyasını pozması;
  • iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və yacinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi;
  • “Fərdi məlumatlar haqqında” Qanuna əsasən konfidensial hesabedilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.

Yuxarıda sadalanan hallarda da əmək müqaviləsinə işəgötürəntərəfindən xitam verilə bilər.

Məlumat üçün bildirək ki, yuxarıda “səlahiyyətli orqan” dedikdəişçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıqsəviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etməkməqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olanattestasiya komissiyası, dövlət məktəbəqədər və ümumi təhsilmüəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdədigər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin vəpraktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərinsertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) başa düşülür.

Seçilən
16
25
az.trend.az

10Mənbələr