AZ

DSX sərhəddə saxlanılanların sayını açıqlayıb - aylıq hesabat

2026-cı ilin yanvarında dövlət sərhədini pozduqlarına görə 17 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib. 

Belə ki,  6 Əlcəzair, 4 Azərbaycan, 4 İraq və 3 Pakistan vətəndaşı və qanunsuz miqrasiya cəhdləri nəticəsində saxtalaşdırılmış sənədlərlə sərhədi keçməyə çalışan 3 nəfər saxlanılıb.

Sərhəd rejim qaydalarını pozduqları üçün 117 nəfər barəsində tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində axtarışda olan 302 nəfər saxlanılıb və aidiyyəti orqanlara təhvil verilib. Eyni zamanda, ölkədən çıxışı qadağan edilmiş 599 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 8 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 2 halda pilotsuz uçuş aparatı ilə narkotik keçirilməsinin qarşısı alınıb və ümumilikdə 120 kiloqram 645 qram narkotik dövriyyədən çıxarılıb.

Qaçaqmalçılığa qarşı əməliyyatlar nəticəsində ümumi dəyəri 6,57 milyon manat olan mal-materiallar – pnevmatik tapança (darağı ilə birlikdə), dərman vasitələri və tütün məmulatları aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidməti tədbirlərin sərhəd təhlükəsizliyinin gücləndirilməsi və qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə davam etdiriləcəyini bildirib.

Gülnar 

Seçilən
4
1
anews.az

2Mənbələr