FİFA prezidenti Canni İnfantino hesab edir ki, Rusiyaya tətbiq edilən sanksiyalar ləğv edilməlidir.
"Unika" xəbər verir ki, Britaniyanın "Sky News" xəbər kanalına danışan İnfantino Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırılmasının heç bir nəticə vermədiyini, yalnız daha çox məyusluq və nifrət yaratdığını bildirib.
Heç bir ölkənin futbol oynamasına qadağa qoyulmamalı olduğunu vurğulayan İnfantino "İnanıram ki, Rusiyadakı uşaqların Avropada oyun oynaması faydalı olardı", - deyə ifadə edib.