AZ

FT: Rusiya sazişi pozarsa, NATO 72 saatdan sonra hərbi əməliyyatlara başlayacaq

Rusiya sazişi pozarsa, NATO 72 saatdan sonra hərbi əməliyyatlara başlayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.

Ukrayna, ABŞ və Avropa ölkələri gələcək sülh sazişini qorumaq üçün çoxsəviyyəli dəstək planı razılaşdırıblar.

Məlumata görə, əgər Rusiya imzalanacaq sülh müqaviləsini “mütəmadi olaraq pozarsa”, ABŞ və Avropa koordinasiyalı hərbi cavab verəcək.

Planın ilk mərhələsi pozuntudan sonrakı 24 saatı əhatə edir. Bu müddət ərzində diplomatik xəbərdarlıqlar ediləcək və Ukrayna ordusu cavab tədbirləri görəcək.

Hərbi əməliyyatlar davam edərsə, planın ikinci fazası başlayacaq və prosesə “istəklilər koalisiyası” müdaxilə edəcək.

Bu koalisiyaya Aİ ölkələri, Böyük Britaniya, Norveç, İslandiya və Türkiyə daxildir.

Əgər gərginlik genişmiqyaslı hücuma çevrilərsə, atəşkəsin ilk pozulmasından 72 saat sonra Qərb tərəfindən dəstəklənən qüvvələr, o cümlədən ABŞ Silahlı Qüvvələrinin cəlb edilməsi ilə koordinasiyalı hərbi əməliyyatlar başlayacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
1
interpress.az

2Mənbələr