AZ

Azərbaycanda atlarla terapiya - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni reabilitasiya metodlarından biri kimi 2022-ci ildən hippoterapiya (atlarla terapiya) xidmətləri də göstərilir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən dövrdə əlilliyi olan 1300-dən çox şəxs bu istiqamət üzrə xidmətlərə cəlb edilib.Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiya 3 reabilitasiya mərkəzində müalicə alan şəxslər üçün təşkil olunur.

Həftədə 2 dəfə keçirilən hippoterapiyada əsas məqsəd həmin şəxslərin at üzərində hərəkət vasitəsilə bədən əzələlərinin aktivliyini artırmaqdır.

Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu eyni zamanda əlilliyi olan şəxslərin ümumi əhval-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət  təsir göstərir.

Seçilən
2
4
cebheinfo.az

7Mənbələr