I Liqada çempionluq mübarizəsindən qopmayan “Mingəçevir” transferlər çalışmalarında sürəti artırıb.
“Zirə”nin əsas heyətində özünə yer edə bilməyən Fuad Bayramovu mövsümün sonuna qədər icarəyə götürən Nur şəhərinin təmsilçisi daha iki futbolçunun keçidini həll edib.
“Araz-Naxçıvan”ın müdafiəçisi Elçin Mustafayevlə “Səbail”dən ayrılan hücumçu Bahadur Həziyev bundan sonra Ramiz Məmmədovun sərəncamında olacaq.
Elçin Premyer Liqa klubundan icarəyə götürülüb. Bahadırla mövsümün sonuna qədər müqavilə bağlanıb.
Maraq üçün bildirək ki, I Liqada turnir cədvəlinə 30 xalla “Şəfa” başçılıq edir. “Baku Sportinq” 25 xalla 2-ci, 22 xala sahib “Səbail” 3-cü, aktivində 21 xal olan “Mingəçevir” isə 4-cü yerdədir.
HƏBİB / SPORTİNFO.AZ