AZ

Suraxanıda çirkab sular təhlükə yaradır Kanalizasiya borusu niyə əsaslı təmir olunmur?

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsində çirkab sular axan borunun tam təmir olunmaması sakinlərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Qeyd olunub ki, Zeytun küçəsində tullantı sularının axdığı boruda baş verən qəza əsaslı şəkildə aradan qaldırılmayıb:

"Problem yaranan borunu tam dəyişmək əvəzinə calaq ediblər. Məsələni köklü həll etmək lazımdır ki, gələcəkdə ciddi risklərlə üz-üzə qalmayaq".

Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Günəşli qəsəbəsinin Zeytun küçəsindən diametri 1000 mm olan tullantı su kollektoru keçir:

"Kollektorun üzərində yaşayış evlərinin, hasarların tikilməsi şəbəkənin qəzalı vəziyyətə düşməsinə səbəb olub. Şəbəkənin evlərin altında qalması nəticəsində xətdə 3 nöqtədə qəzalı hal qeydə alınıb. Həmin qəzalardan biri hasarın altında yerləşən yerdə olduğu üçün vətəndaşla razılığa gəlinib, hasar sökülərək qəza aradan qaldırılıb. Lakin digər 2 qəzalı nöqtə isə yaşayış evlərinin altındadır, belə olduğu halda xətdə müdaxilə edib təmir işlərini görmək qeyri-mümkündür. Hazırkı vəziyyətdə evlərin şəbəkənin üzərində yerləşməsi kollektorun təmiri və bərpasına imkan vermir. Rayon sukanal idarəsi əraziyə baxış keçirib, mövcud vəziyyət dəyərləndirilib. Həmçinin ünvana gələn Fövqəladə Hallar Nazirliyinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və sukanal idarəsinin iştirakı ilə vəziyyətlə bağlı akt tərtib olunub. Məsələyə dair müvafiq qurumlara Xidmət tərəfindən rəsmi müraciətlər ünvanlanıb".

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr