AZ

"Neftçi"nin sabiq futbolçusu II Liqa klubunda

“Xankəndi” Futbol Klubu heyətini növbəti yarımmüdafiəçi ilə gücləndirib.

Sportal.az xəbər verir ki, II Liqa təmsilçisi Əli Mürsəlovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, “Turan Tovuz”, “Neftçi” və “Zirə” klublarında çıxış etmiş Əli Mürsəlov son olaraq I Liqada mübarizə aparan “Baku Sportinq”in formasını geyinib.

saytlarin hazirlanmasi

Seçilən
19
sportal.az

1Mənbələr