Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 6 milyon 570 min 790 manat оlan qaçaqmal, о cümlədən pnevmatik tapança (darağı ilə birlikdə), dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.
APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2026-cı ilin yanvar ayının icmalında qeyd olunub.
Bildirilib ki, bundan başqa, 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 120 kiloqram 645 qram narkоtik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.