AZ

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

Bakı, 3 fevral, AZƏRTAC

Venesuelanın sabiq xarici işlər naziri Feliks Plasensiya ölkənin ABŞ-dakı yeni diplomatik nümayəndəsi təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Pinto məlumat verib.

“Feliks Plasensiya və komandası tezliklə ABŞ-a yollanacaq. Diplomatik missiya iki ölkə arasında konstruktiv əməkdaşlığın gücləndirilməsi, həmçinin enerji sektorunda, siyasi və iqtisadi sahələrdə münasibətlərin inkişaf etdirilməsi ilə məşğul olacaqlar”, - deyə nazir bildirib.

O, həmçinin ABŞ-ın diplomatik nümayəndəsi Laura Doqunun Venesuelaya səfər etdiyini və ölkənin müvəqqəti Prezidenti Delsi Rodriges tərəfindən qəbul edildiyini xatırladıb.

Qeyd edək ki, 2019-cu ildə Vaşinqtonun müxalifət lideri Xuan Quaydonu Venesuela Prezidenti kimi tanımasından sonra rəsmi Karakas Vaşinqtonla diplomatik əlaqələri kəsib və amerikalı diplomatları ölkədən qovub.

 

Seçilən
7
4
azertag.az

5Mənbələr