İranda rejim əleyhinə etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və barəsində ölüm hökmü veriləcəyi gözlənilən Erfan Soltani şənbə günü girov müqabilində azadlığa buraxılıb.
Publika.az "CNN"-ə istinadən xəbər verir ki, Soltaninin vəkilinin sözlərinə görə, onun azadlığa buraxılması müqabilində 2 milyard İran rialı (təxminən 2860 manat) ödənilib.
İran dövlət mediası da dünən Soltaninin azadlığa buraxıldığını təsdiqləyib. Onlar Soltanini “İranda xarici güclər tərəfindən dəstəklənən biri” kimi təsvir ediblər.
Soltani İrandakı etirazların simvollarından biri kimi qəbul edilir.