İl-76 nəqliyyat təyyarəsi Havanadan (Kuba) təxminən 48 kilometr cənubda yerləşən San-Antonio-de-los-Banyos hərbi aerodromuna eniş edib.
Herbiand.az bildirir ki, ABŞ Rusiyanın bölgədəki hava aktivliyindən narahatdır.
Amerikalı jurnalistlərin məlumatına görə, bu təyyarə 2025-ci ilin oktyabr ayının sonlarında, Vaşinqton və Karakas arasında gərginliyin artdığı dövrdə də daxil olmaqla, Venesuela, Nikaraqua və Kubaya uçub. Bu addım ABŞ-ın Venesueladakı hərbi əməliyyatlarından və Prezident Nikolas Maduronun tutulmasından əvvəl baş verib.
İl-76 - Sovet və Rusiya ağır hərbi-nəqliyyat təyyarəsidir. O, 60 tona qədər ağırlığında avadanlıqların və yüklərin daşınması, həmçinin qoşunların daşınması və endirilməsi (desant) üçün nəzərdə tutulub. Ekipaj heyəti 5 nəfərdir.
Bəxtiyar CƏFƏRLİ