
İranın paytaxtı Tehranın "Cənnətabad bazar"ında böyük yanğın baş verib.
Missiya.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yerli mediada paylaşılan görüntülərə görə, yanğın səbəbindən səmaya qara tüstü qalxıb. İran dövlət mediası yanğının nəzarət altına alındığını açıqlayıb.
Ölən və yaralananlarla bağlı hələlik məlumat yoxdur.
İlahə Qənbərli
Missiya.Az