AZ

Rusiya müttəfiqlərini tək qoymayacaq – Lavrov

Rusiya ABŞ-nin təzyiqləri fonunda ənənəvi müttəfiqlərini tək buraxmayacağını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O, bildirib ki, Moskva Ermənistanı və digər strateji tərəfdaşlarını xarici təsirlərin qarşısında qoymaq niyyətində deyil.

Sergey Lavrov Rusiyanın xarici siyasətinin əsas prinsiplərindən birinin müttəfiqlərə sadiqlik olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin siyasi və iqtisadi təzyiqlərinə baxmayaraq, Rusiya Ermənistan, Suriya, Venesuela və İranla əməkdaşlığını davam etdirəcək.

Nazir əlavə edib ki, Moskva beynəlxalq münasibətlərdə birtərəfli yanaşmaları qəbuledilməz hesab edir və qlobal proseslərin beynəlxalq hüquq, qarşılıqlı hörmət və suverenlik prinsipləri əsasında tənzimlənməsinin tərəfdarıdır. Rusiyanın bu xətt üzrə siyasətini davam etdirəcəyi qeyd olunub.

Sara

Seçilən
0
nocomment.az

1Mənbələr