AZ

Səyyar “ASAN xidmət”in növbəti ünvanları

Səyyar “ASAN xidmət”in fevralda xidmət göstərəcəyi ünvanlar açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən“Cebheinfo.az”-a verilən məlumata görə, fevralın 3-dən 25-dək Yevlaxda, Şirvanda, Xaçmazda, Cəlilabadda, Goranboyda, Ağdaşda və Xırdalanda, fevralın 3-dən 12-dək Göygöldə, fevralın 16-dan 25-dək isə Samuxda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir.

Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar “ASAN xidmət” avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün “108” (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Seçilən
10
7
cebheinfo.az

8Mənbələr