BAKI, 3 fevral. TELEQRAF
“Ermənistan dəmir yolunun İcevan və Axurik hissələrinin tikintisi üçün Rusiya ilə danışıqlar aparır”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
“Rusiya tərəfi ilə danışıqları davam etdiririk, bu sektorlar üzrə işləri onlarla birlikdə həyata keçirəcəyik. Baş nazirin (Nikol Paşinyan) açıqlamasından sonra bu istiqamətdə tədbirlər görməyə davam edirik”, - o vurğulayıb.
Nikol Paşinyan da bundan əvvəl məsələ ilə əlaqədar açıqlama vermişdi:
“Rusiyalı tərəfdaşlarımızdan xahiş etmişəm ki, Yerasxdan Naxçıvan sərhədinədək və Axurik hissəsindən Türkiyə sərhədinədək dəmir yolunun tam bərpası ilə təcili məşğul olsunlar. Düşünürəm ki, yaxın vaxtlarda İcevan-Qazax istiqaməti ilə bağlı məsələni də qaldıracağam, çünki onun da mümkün qədər tez bərpası imkanı var. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız bu xahişi maksimal sürətlə reallaşdıracaqlar”.