AZ

Tailandda vəhşi fil turistə hücum edib

Bakı, 3 fevral, AZƏRTAC

Tailandın məşhur “Kao Yai” Milli Parkında vəhşi fil turistə hücum edərək onu öldürüb.

AZƏRTAC xəbər verir ki,” Bangkok Post” qəzetinin yerli polis məmuruna istinadla yaydığı məlumata görə, hadisə Banqkokdan təxminən 200 kilometr şimal-şərqdə yerləşən düşərgədə baş verib.

Tailand vətəndaşı səhər saatlarında çadırı yaxınlığında gəzərkən filin hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib. Həmin filin bundan əvvəl də iki nəfərin ölümünə səbəb olduğu bildirilir.

Hadisədən sonra milli parkın əməkdaşları və polis filin ərazidən uzaqlaşdırılması üçün tədbirlər görüb. Hakimiyyət orqanları oxşar hadisələrin qarşısını almaq məqsədilə heyvanın insanların yaşamadığı bölgələrdən birinə köçürmək imkanını nəzərdən keçirir.

Seçilən
1
2
azertag.az

3Mənbələr