İran prezidenti Məsud Pezeşkian xarici işlər naziri Abbas Əraqçiyə ABŞ ilə danışıqlara başlamağı tapşırıb.
Publika.az xəbər verir ki, Pezeşkian “X” sosial şəbəkəsində regiondakı İrana dost ölkələrin sorğusuna cavab verdiyini bildirib.
Pezeşkian yazıb: "Xarici işlər nazirinə, təhdidlərdən və əsassız gözləntilərdən azad, uyğun bir mühit yaradıldığı təqdirdə, ləyaqət, ehtiyatlılıq və məqsədəuyğunluq prinsiplərinə əsaslanaraq dürüst danışıqlar aparmağı tapşırdım".
Onun sözlərinə görə, bu danışıqlar İranın milli maraqları çərçivəsində aparılmalıdır.