AZ

“Washington Post” İranla danışıqlarının təfərrüatlarını yazıb

İran böhranının aradan qaldırılması ilə bağlı İstanbulda keçiriləcək yüksək səviyyəli görüşdə Tehran və Vaşinqton rəsmiləri ilə yanaşı Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman və Pakistan xarici işlər nazirləri də iştirak edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə “The Washington Post“un rəsmi mənbələrə istinadən məlumatında deyilir ki, danışıqlarda Trampın kürəkəni Cared Kuşner də iştirak edəcək.

Görüşdə əsas müzakirə mövzusunun İranın nüvə proqramı olacağı bildirilir. Bu müzakirələrdən sonra rəsmi Vaşinqtonun irəli sürdüyü digər məsələlərinin həlli üçün yollar axtarılacaq.

Xatırladaq ki, bundan əvvəl “Axios” İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun İstanbulda görüşəcəyi barədə məlumat yaymışdı.

Seçilən
22
herbiand.az

1Mənbələr