AZ

"Qavinin qayğısına qalacağıq"

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Qavinin bərpa prosesi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis futbolçunun addım-addım irəlilədiyini bildirib:

“O, mərhələli şəkildə bərpa olunur. Onun üçün ən vacib məqam sakitliyini qoruması və yalnız növbəti mərhələni düşünməsidir. Qarşıda onu uzun illər davam edəcək karyera gözləyir. Buna görə də növbəti səviyyəyə keçməzdən əvvəl özünü 100 faiz hazır hiss etməsi çox önəmlidir. Biz onun qayğısına qalacağıq”, — deyə Flik bildirib.

Qeyd edək ki, Qavi dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesini davam etdirir. Cari mövsüm İspaniya çempionatında 21 yaşlı yarımmüdafiəçi cəmi iki oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun yaşıl meydanlara dönüşünün fevral ayının sonlarına planlaşdırıldığı bildirilir.

Seçilən
9
90deqiqe.az

1Mənbələr