"Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, II Liqada mübarizə aparan komanda Əli Mürsəlovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ə.Mürsəlov karyerası ərzində "Neftçi", "Turan Tovuz" və "Zirə"nin də formasını geyinib.