“Kalaşnikov” konserni yeni “RUS-PE” daşına bilən kəşfiyyat-zərbə sistemini idarə olunan sursatlarla təqdim edəcək.
Herbiand.az konsernin mətbuat xidmətinə istinadən bildirir ki, sistem 8-12 fevral tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək World Defense Show müdafiə sərgisində nümayiş olunacaq.
Məlumata görə, “RUS-PE” sistemi idarə olunan sursatdan istifadə edilməklə tək, stasionar və hərəkətli hədəflərin (və ya hədəf qruplarının) sürətli və yüksək dəqiqliklə vurulması üçün nəzərdə tutulub.
Sistemin uçuş müddəti 30 dəqiqəyə qədərdir, kreyser sürəti isə təxminən 140 km/saatdır.
Bəxtiyar CƏFƏRLİ