AZ

“Baku Sporting”dan ayrılan futbolçu “Xankəndi”yə transfer olunub

“Baku Sporting” ilə yollarını ayıran Əli Mürsəlovun karyerasını harada davam etdirəcəyi bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.

İkinci Liqada mübarizə aparan “Xankəndi” yarımmüdafiəçini heyətinə cəlb edib.

Klub gənc futbolçu ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, Əli Mürsəlov karyerası ərzində “Turan Tovuz”, “Neftçi” və “Zirə”nin də formasını geyinib.

İdman.Biz
Seçilən
32
2
idman.biz

5Mənbələr