“Kristal Pelas” tarixinin ən bahalı futbolçu transferini gerçəkləşdirib.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Vulverhempton”dan Yorgen Larsen heyətə cəlb olunub. 25 yaşlı norveçli hücumçu ilə 4.5 illik müqavilə imzalanıb.
Oyunçunun transferi 43+5 milyon funt sterlinqə başa gəlib.