AZ

Maraq dairəsinin acı gücgüzü: Həbs qərarı verildi, lakin düşüncə dəyişmədi

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Tiktoker kimi tanınan Vəlizar ləqəbli Məmmədov Salman həbs olunub.

Saxlanılmasının səbəbi isə sosial mediada etik davranış qaydalarını pozması və ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər etməsi, əxlaqsız ifadələr səsləndirməsi olub.

Velizarın ötən gün açdığı canlı yayımı eyni anda 54 min nəfərin izləməsi, üstəlik yayım zamanı yığılan bəyənmələrin 40 milyonu keçməsi təkcə bir sosial şəbəkə statistikası deyil. Bu rəqəmlər cəmiyyətin düşüncə tərzinin, maraq dairəsinin və təhil səviyyəsinin acı bir güzgüsüdür.

Bu qədər savadsızlığın, primitivliyin və düşüncəsizliyin bu qədər rahat şəkildə üzə çıxması adamı istər-istəməz düşündürür: biz hansı inkişafdan, hansı maariflənmədən danışırıq? Problem tək bir şəxsdə deyil, onu izləyən, alqışlayan və populyarlaşdıran minlərlə insandadır.

Velizar həbs edildi. Bəs problem bitdimi? Əlbəttə ki, yox. Sadəcə bir sima dəyişdi. Sabah başqa bir “Velizar” çıxacaq və yenə eyni 54 min adam ekran qarşısında olacaq. Çünki kök problem savadsızlıqdır, tənqidi düşüncənin yoxluğudur, ucuz şouya olan hədsiz maraqdır.

Görünür, bu 54 min nəfərin nə vaxtsa maariflənməyin yolunu tapacağına ümid etməkdən başqa çarə qalmır. Amma bu ümidin özü də getdikcə zəifləyir.

Banu 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr