AZ

Azərbaycan bazarlarında tərəvəzin ucuzlaşmasının səbəbi nədir? - Yeni qiymətlər

Bakı.Trend:

Son dövrlərdə Azərbaycanda tərəvəz bazarında qiymətlərinnisbətən aşağı olması həm istehlakçıların, həm də satıcılarındiqqət mərkəzindədir. Bazarlarda bəzi meyvə və tərəvəzlər hərzamankından aşağı qiymətə təklif edilir.

Hazırda Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarındaqiymətlərin aşağı olmasının səbəbləri nədir?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan QiymətləndiricilərCəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, mövsümi bolluq, yerliistehsalın artması və bazara çıxarılan məhsul həcminin çoxalmasıqiymətlərin stabilləşməsinə, bəzi hallarda isə əhəmiyyətli dərəcədəucuzlaşmasına səbəb olub.

“Bu tendensiya əhalinin gündəlik tələbat məhsullarına dahaəlçatan qiymətlərlə çıxışını təmin etməklə yanaşı, bazardarəqabətin güclənməsini də şərtləndirir.

Son dövrlərdə bəzi tərəvəz məhsullarının qiymətlərindəstabilləşmə, bəzilərində isə enmə müşahidə edilir. Xüsusilə dəhazırda pomidorun satış qiymətində azalma olub. Bunun səbəbi odurki, Azərbaycanın kənd təsərrüfatı məhsulları daha çox daxili bazarayönəlib. Məhsullar daxili bazara yönəldiyi üçün bazarda bolluqyaranıb”.

İqtisadçı bildirib ki, Novruz bayramı öncəsi məhsullarınqiymətlərində yenidən artım müşahidə ediləcək.

“Hazırda tərəvəz qiymətləri daxili bazarda əlçatandır.Supermarketlərdə kartof 1–1,5 manat, soğan 0.50–1 manat, yer kökü0.80–1.20 manat, çuğundur 0.70–1.10 manat, pomidor 0.70–2 manataralığında təklif edilir”.

V. Oruc Azərbaycanın meyvə-tərəvəz bazarında mövcud olan birxüsusiyyəti də vurğulayıb:

“Azərbaycanda fermerlər ötən il çox qazanc əldə edilən məhsulunnövbəti il də əkilib-becərilməsinə, satışına maraqlı olur. Amma bustrategiya hər zaman özünü doğrultmur. Bu zaman eyni məhsulunbazarda bolluğu səbəbindən rəqabət yüksək olur və qiymətlərdəazalma baş verir. Hazırda meyvə-tərəvəz bazarındakı qiymətlərinfevralın sonunadək eyni qalacağı qənaətindəyəm”.

Vüqar Oruc əlavə edib ki, qiymətlərdəki ucuzluq təbiiyetişdirilən məhsullarla parnik məhsullarının bazara eyni andadaxil olması ilə də bağlıdır.

Seçilən
10
7
az.trend.az

8Mənbələr