AZ

Türkiyədə İsrail vətəndaşı SAXLANILDI: Bayrağı və Ərdoğanı təhqir etməkdə İTTİHAM OLUNUR

Türkiyədə İsrail vətəndaşı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.

Türkiyədə bir İsrail vətəndaşı olan qadın dövlət rəmzlərini təhqir etmək ittihamı ilə 10 gündən artıqdır ki, nəzarət altında saxlanılır.

Məlumata görə, həmin şəxs Türkiyə bayrağını, Prezident Rəcəb Tayyib Ərdoğanı və Fələstini təhqir etməkdə ittiham olunur.

Hadisə İstanbulun Taksim meydanında baş verib. Qadın dərhal polis bölməsinə aparılıb və hazırda orada saxlanılır.

Saxlanılan şəxsin ailəsi hadisə barədə məlumatlandırılıb. İsrail diplomatları vəziyyətin tənzimlənməsi və vətəndaşın vətəninə qaytarılması üçün lazımi addımlar atırlar.

İsrail Xarici İşlər Nazirliyi məsələnin müvafiq şöbənin nəzarətində olduğunu təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
interpress.az

1Mənbələr