AZ

İnyesta Pedrinin bacarıqlarını sadaladı

"Barselona"nın əfsanəsi futbolçusu Andres İnyesta İspaniyan klubunun yarımmüdafiəçisi Pedri barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, o bu barədə fikirlərini “Barca Universal”a söyləyib.

"Pedri topa sahib olarkən özünü çox rahat hiss edir və həmişə oyunun içindədir. O, oyunu qurmağı bacarır, eyni zamanda rəqib müdafiədə disbalans yarada bilir. Bu, güclü keyfiyyətlərə malik, çoxşaxəli futbolçudur və inkişafını davam etdirəcək", — deyə İnyestanın sözlərini Barca Universal yayıb.

Bu mövsüm 23 yaşlı Pedri bütün turnirlərdə 25 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Andres İnyesta peşəkar futbolçu karyerasını 2024-cü ilin oktyabrında başa vurub.

İdman.Biz
Məqalədə:
Seçilən
10
1
idman.biz

2Mənbələr