Ajans.az xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir. Məlumata görə, səhər saatlarında qızılın qiyməti bir troya unsiyası üçün 4 856,1 ABŞ dolları təşkil edib. Daha sonra qiymətlərin artımı sürətlənərək 5,53 % təşkil edib və bir troya unsiyası üçün 4 910 ABŞ dollarına çatıb.
Gümüş isə 10,6 % artaraq bir troya unsiyası üçün 85,17 ABŞ dollarına çatıb.