AZ

ABŞ və Avropa razılaşdı: bundan 72 saat sonra Rusiyaya hücum olacaq – FT

Ukrayna, ABŞ və Avropa ölkələri Moskva ilə Kiyev arasında sülh razılaşmasını dəstəkləmək üçün çoxşaxəli plan hazırlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri yazıb.

Qəzetin məlumata görə, əgər Rusiya sülh razılaşmasını davamlı şəkildə pozarsa, ABŞ və Avropa “əlaqələndirilmiş hərbi cavab” verəcək.

Plana əsasən, cavab tədbirləri 24 saat ərzində həyata keçiriləcək və diplomatik xəbərdarlıqdan başlayaraq, Ukrayna ordusunun cavab tədbirlərinə qədər davam edəcək.

“Əgər eskalasiya genişmiqyaslı hücuma çevrilərsə, ilk sülh pozuntusundan 72 saat sonra ABŞ-ın iştirak etdiyi və Qərb tərəfindən dəstəklənən qüvvələrin əlaqələndirilmiş hərbi əməliyyatları başlayacaq”, – məlumatda qeyd edilib./Globalinfo.az

Seçilən
7
2
turkustan.az

3Mənbələr