AZ

İran Prezidenti ABŞ-ın təklifinə müsbət cavab verib

Bakı, 3 fevral, AZƏRTAC

İranın milli maraqları çərçivəsində ABŞ ilə danışıqlar aparmaq üçün zəmin hazırlanması barədə xarici işlər nazirinə tapşırıq vermişəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian məlumat verib.

M.Pezişkian vurğulayıb ki, xarici işlər nazirinə məhz regiondakı dost ölkələrin dövlət başçılarının Amerika Prezidentinin danışıq təklifinə cavab vermək xahişinə əsasən ədalətli müzakirələr üçün göstəriş verib.

İran prezidenti nəzərə çatdırıb ki, danışıqlar müdriklik və məqsədəuyğunluq prinsiplərinə əsaslanan olmalıdır.

Seçilən
7
4
azertag.az

5Mənbələr