AZ

Rusiya Xarkov vilayətinə zərbələr endirib: Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri son sutkada Xarkova və vilayətin 16 yaşayış məntəqəsinə zərbələr endirib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sineqobov öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, zərbələr Xarkova və vilayətin enerji infrastrukturuna endirilib. Rusiya Silahlı Qüvvələri 5 ədəd raket, 5 ədəd idarə olunan aviabomba və müxtəlif növlərdən olan 80-ə yaxın pilotsuz uçuş aparatı istifadə edib.

"Cebheinfo.az"

Seçilən
10
cebheinfo.az

1Mənbələr